RU

Dünya çempionu hara gedir?

Paulo Dibalanın yaxın gələcəkdə harda oynayacağı məlum olub.

Bu haqda “Roma”nın idman direktoru Florent Qisolfi danışıb. O, 31 yaşlı hücumçunun müqaviləsinin müddətinin 2026-cı ilə qədər uzadıldığını “rəsmi olaraq deyə bilərik ki, müqavilə yenilənib. Biz çox xoşbəxtik. Çünki Dibala texniki lider, klub və azarkeşlərimiz üçün vacib fiqurdu” deməklə bildirib.

Argentinalı dünya çempionu “Roma”da 2022-ci ilin yayından oynayır. Paulo bu mövsüm bütün turnirlərdə 24 matçda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
29
football-plus.az

1Источники