RU

Alimlər Avrasiya və Ərəbistan yarımadası arasındakə okean plitəsinin qırıldığını aşkar edib

Beynəlxalq alimlər qrupu Almaniyanın Göttingen Universitetinin rəhbərliyi ilə İraqdakı Zaqros dağlarının yer səthinə təsirini araşdırıb. Mütəxəssislər müəyyən ediblər ki, yerin dərin qatlarında qədim Neotetis okean plitəsinin qırılması baş verir...

 

Poliqon xəbər verir ki, araşdırmanın nəticələri Solid Earth elmi jurnalında dərc edilib.

Tədqiqatçılar Ərəbistan yarımadasının Avrasiya ilə toqquşduğu Zaqros dağlarının yaratdığı yüklənməyə əsaslanaraq yer səthinin aşağı doğru əyilməsini modelləşdiriblər. Onlar əldə edilən çökəklik ölçüsünü Yer mantiyasına əsaslanan topoqrafiya hesablamaları ilə birləşdirərək, araşdırılan ərazinin cənub-şərq hissəsində qeyri-adi dərəcədə dərin çökəkliyi təkrarlayıblar.

Alimlər müəyyən ediblər ki, yalnız dağların çəkisi 3-4 km dərinliyində olan bu çökəkliyi izah etmək üçün kifayət deyil. Bu çökəklik son 15 milyon il ərzində formalaşıb və çöküntülərlə doldurulub.

Mütəxəssislər belə qənaətə gəliblər ki, bu çökəklik qədim Neotetis okean dibinin qırılması nəticəsində yaranıb. Keçmişdə bu okean Ərəbistan və Avrasiya qitələrini ayırırdı, lakin materiklərin yaxınlaşması ilə onun dibi Yer qabığına doğru batıb.

Alimlərin fikrincə, bu kəşf Yer mantiyasında və səthində baş verən proseslərin əlaqəsini üzə çıxarıb. Tədqiqatın nəticələri faydalı qazıntıların axtarışı, geotermal enerji mənbələrinin öyrənilməsi və zəlzələlərin proqnozlaşdırılması üçün, eləcə də digər bölgələrdə qitələrin toqquşmasının nəticələrini anlamaq baxımından faydalı ola bilər.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники