RU

Tesla balans hesabatını açıqladı

ABŞ-nin elektrikli avtomobil istehsalçısı Tesla-nın keçən ilin dördüncü rübündə gəliri və mənfəəti bazar gözləntilərindən aşağı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı  xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tesla 2024-cü ilin son rübü üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri 2024-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 25,7 milyard dollara çatıb. Tesla, 2023-cü ilin dördüncü rübündə 25,2 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə yüzdə 71 azalaraq 2,3 milyard dollara düşüb. Tesla-nın xalis mənfəəti 2023-cü ilin dördüncü rübündə 7,9 milyard dollar olaraq hesablanıb.

Şirkətin əvvəlki ilin eyni dövründə 2,27 dollar olan səhm başına qazancı keçən ilin son rübündə 66 sentə düşüb.

Elektrikli avtomobil istehsalçısının gəliri keçən il yüzdə 1 artaraq 97,7 milyard dollara çatıb. Eyni dövrdə şirkətin xalis mənfəəti yüzdə 53 azalaraq 7,1 milyard dollar olub.

Избранный
28
operativmm.az

1Источники