RU

Təlim maşını ilə qəza törətdi- Ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu24.com   xəbər verir ki, hadisə dünən saat 14 radələrində Zərdab-Ağcabədi yolunun 15-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hunday Aksent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub.

Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
382
5
oxu24.com

10Источники