RU

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 180 mütəxəssis hazırlayıb, onların 76%-i artıq işlə təmin olunub

Bakı. Trend

Azərbaycanın Kibertəhlükəsizlik Mərkəzinin öncəki üç tədrisproqramından 180 tələbə məzun olub və onların 76 faizi artıq işlətəmin olunub.

Trend xəbər verirki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində İnnovasiyalar və Rəqəmsal İnkişafAgentliyinin idarə heyətinin sədri Fərid Osmanov “AzərbaycanKibertəhlükəsizlik mərkəzinin Buraxılış günü” adlı tədbirdəjurnalistlərə açıqlamasında bildirib.

“Ölkəmizin sosial-iqtisadi inkişafı siyasəti çərçivəsindərəqəmsal inkişafa yönəlmiş bir sıra vacib tədbirlər keçirilir.Vacib qanunverici aktlar qəbul olunur, strateji təşəbbüslər vəproqramlar təsdiqlənir, həmçinin vətəndaş cəmiyyətinin, sosial vəbiznes sektorun rəqəmsal savadlılığının artırılması, həmçininrəqəmsallaşdırma proseslərinin sürətləndirilməsi istiqamətindəardıcıl tədbirlər həyata keçirilir”, - deyə o bildirib.

Osmanovun sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişafınartması fonunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlikləbağlı məsələlər daha da aktuallaşır.

“Hal-hazırda öz tədris proqramlarını gerçəkləşdirən AzərbaycanKibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bildirmək istəyirəm ki, ötənüç tədris proqramında 180 tələbə məzun olub və onların 76 faiziartıq işlə təmin olunub. Dördüncü proqramda isə 100 tələbə məzunolacaq. Vurğulamaq vacibdir ki, Azərbaycan RespublikasınınPrezidentinin təsdiqlədiyi rəqəmsal inkişaf konsepsiyası, eləcə dəinformasiya və kibertəhlükəsizliyin inkişafına yönəlmişstrategiyalar çərçivəsində bu sahədə ixtisaslı kadrlarınhazırlanması, səriştəli və peşəkar insan kapitalınınformalaşdırılması, eləcə də onların müvafiq iş yerləri ilə təminolunması istiqamətində addımlar atılır. Bu baxımdan AzərbaycanKibertəhlükəsizlik Mərkəzi bu sahədə aktiv fəaliyyətini davametdirir", – F.Osmanov əlavə edib.

Избранный
10
az.trend.az

1Источники