RU

Fransa İran aviaşirkətinin Parisə planlaşdırdığı uçuşunu ləğv edib

Fransa İranın aviaşirkətinin yanvarın 31-də Parisə uçması üçün icazəni ləğv edib.

Fransa heç bir izahat vermədən İranın AirTour aviaşirkətinin yanvarın 31-də Parisə uçması üçün icazəni ləğv edib.

Operativ Media" xəbər verir ki, bu barədə şirkətin direktoru Seid Razi Musəvi bildirib.

Musəvinin sözlərinə görə, aviaşirkət hazırda Fransa tərəfi ilə danışıqlar aparır və AirTour-un özəl şirkət olduğunu və siyasətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.


Yanvarın 13-də Seyid Razi Musəvi İran aviaşirkətinin Avropa ölkələrinə uçuşlarına başladığını elan edib. İlk uçuş yanvarın 31-də Parisə planlaşdırılıb. Direktorun o zaman dediyi kimi, Avstriya, Almaniya və İspaniya da daxil olmaqla, digər istiqamətlərin açılması da nəzərdə tutulub.

Избранный
25
1
operativmedia.az

3Источники