Qırğızıstanda bu ilin əvvəlindən 1 min 104 qızılca hadisəsi qeydə alınıb.
Qırğızıstanda qızılca ilə bağlı vəziyyət kəskin olaraq qalır.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunub ki, Qırğızıstanda son illər uşaqlar arasında peyvənddən imtinaların sayı artmaqdadır.
Bildirlib ki, bu ilin əvvəlindən 1 min 104 qızılca hadisəsi qeydə alınıb. Bu halların əksəriyyəti peyvənddən imtina etmiş uşaqlar arasında müşahidə olunub.
Qeyd edək ki, 2024-cü ildə 14 min 380 qızılca hadisəsi qeydə alınıb.