Bir vaxtlar dünyanın ən varlı adamları sırasında olan türkiyəli iş adamı Mehmet Emin Karamehmet İstanbulun Etiler rayonunda qəzaya düşüb.
Bizim.Media Türkitə mətbuatına istinadən xəbər verir ki, idarəetməni itirən Karamehmet lüks avtomobili ilə bankomata çırpılıb.
Məlumata görə, o, qəzadan heç bir xəsarət almadan sağ çıxıb.
Qeyd edək ki, sərvəti ilə “Forbes” siyahısına daxil olan 80 yaşlı Mehmet Emin Karamehmet bir çox məşhur brendlərin qurucusu və Çukurova Holdinq İdarə Heyətinin sədridir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта