Türkiyənin tanınmış aktrisası Melisa Aslı Pamuk ana olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, futbolçu Yusuf Yazıcı öz sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında oğlunun öz ad günündə dünyaya gəldiyini açıqlayıb: “Ən gözəl ad günü hədiyyəsi”.
Melisa da ərinin paylaşımını ürək emojisi ilə instaqram hesabının hekayə bölümünə yerləşdirib.
Cütlük körpələrinin adını açıqlamayıb.
Qeyd edək ki, 34 yaşlı aktrisa Türkiyə millisinin və Yunanıstan “Olimpiakos”unun futbolçusu 29 yaşlı Yusuf Yazıcı ilə evlidir. Onlar ötən il Parisdə gizlicə ailə qurub.