RU

Rusiya banklarından rekord xalis mənfəət

Rusiya Mərkəzi Bankının dərc etdiyi hesabatda, Rusiya bank sektorunun 2024-cü il üzrə göstəriciləri açıqlanıb.

Marja.az xəbər verir ki, hesabatda Rusiya banklarının korporativ kredit portfelinin əvvəlki ilə nisbətən 17,9 faiz artaraq 87,8 trilyon rubla çatdığına diqqət çəkilərək, rublun müəyyən dövrlərdə ucuzlaşmasının banklara "birdəfəlik" müsbət töhfə verdiyi qeyd edilib. 

Hesabatda ölkədəki bankların keçən il  rekord səviyyədə - 3,8 trilyon rubl xalis mənfəət əldə etdiyi, əmanətlərin də 26,1 faiz artaraq 57,5 ​​trilyon rubla çatdığı bildirilib.

Hesabatda əmanətlərin artmasının əsas səbəbləri kimi əhalinin gəlir səviyyəsinin artması və yüksək əmanət faizlərinin olduğu vurğulanıb.

Rusiya banklarının xalis mənfəəti sanksiyalara görə 2022-ci ildə əvvəlki illə müqayisədə 2,4 trilyon rubldan 202 milyard rubla qədər azalmış, 2023-cü ildə isə 3,3 trilyon rubla yüksəlmişdi.

Избранный
16
marja.az

1Источники