“Gürcü arzusu” AŞPA-da fəaliyyətini dayandırır. Bunu Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
O, Gürcüstanla bağlı qəbul edilmiş qətnamədə yer alan şərtlərin və qeyd-şərtlərin “qəbuledilməz, ədalətsiz və əsassız” olduğunu vurğulayıb.
Tsulukianinin sözlərinə görə, AŞPA-nın yeni seçkilər tələbi “Gürcüstanın suverenliyini pozur və Gürcü arzusuna səs vermiş 1.120.000-dən çox seçicinin iradəsinə məhəl qoymur, bu, qəti şəkildə qəbuledilməzdir”.
Ülviyyə, Hurriyyet.az