RU

Yerdən tapılan pul halaldır, xərcləyə bilərik?

Son zamanlar sosial şəbəkələrdə və ictimaiyyət arasında yerdən tapılan pulun halal olub-olmaması ilə bağlı müzakirələr geniş vüsət alıb. Bəs, İslam qaydalarına görə, tapılan pulun sahibi kimdir? Onu götürmək günahdırmı?

Şəriətə görə tapılan pulun hökmü nədir?

İslam alimlərinin fikrincə, yerdən tapılan pul "lüqata" (tapıntı malı) sayılır və onun müəyyən qaydaları var. Əgər pulun sahibi bəlli deyilsə, onu götürən şəxs sahibini tapmaq üçün müəyyən müddət axtarmalıdır. Sahib tapılmasa, həmin pul ehtiyacı olanlara verilə və ya xeyriyyə məqsədilə xərclənə bilər.

Qanuna görə tapılan pul kimin sayılır?

Azərbaycan qanunvericiliyinə əsasən, yerdən tapılan pul və ya dəyərli əşya polisə təhvil verilməlidir. Əgər 1 il ərzində sahibi ortaya çıxmazsa, həmin əşya onu tapan şəxsə verilə bilər. Lakin tapıntını mənimsəmək oğurluq kimi dəyərləndirilə bilər.

TAPILAN PULU GÖTÜRMƏKDƏN ƏVVƏL BUNU BİLİN!

✔ Pulu sahibinə qaytarmağa çalışın. Əgər mümkün deyilsə, ehtiyacı olanlara bağışlamaq daha məqbul sayılır.✔ Küçədə, bank yaxınlığında və ya mağazada pul tapmısınızsa, aidiyyəti qurumlara məlumat verin.✔ Məscid və ya dini qurumlar da tapılan pulu necə istifadə etmək barədə yol göstərə bilər.

Vüsal Orucov

Избранный
17
31
bakuinfo.net

10Источники