RU

Maskın şirkətində Süleyman Kərimovun payı AŞKARLANDI – ŞOK

ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyalı senator və milyarder Süleyman Kərimov Elon Musk-ın SpaceX şirkətində paya malikdir və öz səhmlərini müvəkkil  etdiyi fond (trust)vasitəsilə idarə edir. Bu barədə Bloomberg etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kərimov 2017-ci ildə yaradılan və Delaver ştatında yerləşən Heritage Trust vasitəsilə SpaceX-in səhmlərinə sahib olub. Bloomberg iki keçmiş yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə istinadən bildirib ki,  trast əvvəlcə SpaceX-in təxminən 1%-nə sahib olub.
ABŞ hökuməti 2018-ci ilin aprelində Süleyman Kərimovn adını sanksiya siyahısına daxil edib.
O, Oliq Deripaska, Viktor Vekselberq və digər rusiyalı milyarderlərlə birlikdə sanksiyalara məruz qalıb.
Heritage Trust-ın idarə olunmasını həyata keçirən Citigroup şirkəti bu məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinə müraciət edib,  trasta və ona bağlı qurumlara məhdudiyyət qoyulmasına ehtiyac olmadığını bildirib.
Lakin 2022-ci il iyunun sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Heritage Trust-ın aktivlərini dondurub. O zaman bu aktivlərin ümumi dəyəri 1 milyard dollar olub.
Bloomberg-in iki mənbəsinə görə, həmin dövrə qədər Kərimov SpaceX-dəki payını artıq satıb.
Reaksiyalar və sanksiyalar
Citigroup nümayəndəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
SpaceX, Elon Musk və Süleyman Kərimov isə Bloomberg-in sorğularına cavab verməyib.
Hal-hazırda 58 yaşlı Süleyman Kərimov, Bloomberg-in milyarderlər indeksinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında 17-ci yerdə qərarlaşıb.
Ümumi dünya sıralamasında isə 282-ci yerdədir və sərvəti təxminən 9,9 milyard dollar dəyərindədir. O, 2018-ci ildən ABŞ sanksiyalarına düşüb. Daha sonra Avropa İttifaqı da ona qarşı sanksiyalar tətbiq edib.(Ajans.az)
Избранный
17
7
medianews.az

10Источники