RU

Bakı-Quba yolunda qəza: 5 nəfər YARALANDI

Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Report"a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

 

E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.

 

Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.

 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
14
modern.az

10Источники