RU

Ronaldolu "Əl Nəsr"dən çətin qələbə

Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-Nəsr” səfərdə “Əl-Raed”in qonağı olub.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqlarım çətin qələbəsi ilə başa çatıb. Qələbə qollarını Kriştiano Ronaldo və Navaf Əl-Buşayla vurublar.

Meydan sahiblərinin yeganə qolu Əmir Səud vurub. Bu qələbə sayəsində “Əl-Nəsr” 38 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Əl-Raed" isə 14 xalla 15-ci yerdədir.

"Əl-Raed" - "Əl-Nəsr" - 1:2 (0:1)

Qollar: Ronaldo, 35 - 0:1; Əl-Buşail, 47 - 0:2; Səudiyyə, 76 - 1:2.

Избранный
13
90deqiqe.az

1Источники