RU

“Qarabağ” Avroliqanın son turunda da məğlub oldu

\"Qarabağ\" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın \"Olimpiakos” komandasına məğlub olub.

AZXEBER.COM-un məlumatına görə, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
Избранный
17
32
azxeber.com

10Источники