RU

Bu qan qrupuna sahib olanlar risk almağı sevmir

Aparılan araşdırmalar göstərir ki, qan qrupu təkcə sağlamlığa deyil, həm də insanın həyat tərzinə və qərarvermə üsuluna təsir edir. Son tədqiqatlar bəzi qan qruplarına sahib insanların riskdən qaçdığını və daha ehtiyatlı davrandığını ortaya çıxarıb.

HANSI QAN QRUPU RİSK ALMAQ İSTƏMİR?

Mütəxəssislər qan qrupları ilə insanın xarakteri arasında güclü əlaqə olduğunu bildirirlər. Xüsusilə A qan qrupu olan şəxslər həyatlarında riski minimuma endirir və daha təhlükəsiz seçimlər etməyə üstünlük verirlər.

A QAN QRUPU – PLANLI VƏ ETİBARLI

A qan qrupuna sahib insanlar həyatlarını nizamlı və planlı şəkildə qurmağa üstünlük verirlər. Onlar ani və gözlənilməz qərarlar qəbul etməyi sevmir, hər addımı əvvəlcədən analiz edirlər.

A QAN QRUPUNA SAHİB İNSANLARIN ƏSAS XÜSUSİYYƏTLƏRİ:

Düzən və nəzarəti sevirlər. Həyatlarının hər sahəsində sabitlik və təhlükəsizlik onlar üçün önəmlidir.Macəradan uzaq dururlar. Qəfil dəyişikliklər və riskli vəziyyətlər onlara uyğun deyil.Duyğulardan çox məntiqlə hərəkət edirlər. Qərar verərkən impulsiv davranmır, detalları dəyərləndirib ən məntiqli seçimi edirlər.

Vüsal Orucov

Избранный
14
bakuinfo.net

1Источники