17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycankomandası 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.
Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Millimizə dəvət edilən futbolçuların adlarını təqdim edirik:
N | AD / SOYAD | KLUB |
1 | Firuzə Bayramova | Dinamo Balakən |
2 | Nərgiz Ağaliyeva | Şəfa |
3 | Aydan Abdullayeva | Təhsil 8 İOEUGİM |
4 | Məryəm Səmədli | Səbail |
5 | Arzu Cəfərova | Şəfa |
6 | Xanım Əsədova | Neftçi |
7 | Bədriyyə Mövludova | Şəfa |
8 | Ayşən Salamzadə | Neftçi |
9 | Səma Əsədova | Neftçi |
10 | Aysu Əsədova | Sabah |
11 | Aylin Kərimova | Neftçi |
12 | Ayan Abdiyeva | Şəfa |
13 | Şəhanə Mirzəliyeva | Mingəçevir |
14 | Suel Polikarpova | Ulduz |
15 | Sara Səlimova | Gömrükçü |
16 | Elmira Hüseynova | Ulduz |
17 | Könül Hüseynova | Mingəçevir |
18 | Naidə Məmmədova | Zaqatala City |
19 | Xədicə Rəhimova | Təhsil 8 İOEUGİM |
20 | Məhsumə Vahabzadə | Sabah |