RU

27 yaşlı gənc pnevmoniyadan vəfat etdi - Video

Yüksək hərarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 27 yaşlı oğlan orada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini Əhməd Əliyev yanvarın 26-da yüksək temperaturla xəstəxanaya aparılıb. 

Yaxınlarının bildirdiyinə görə, əvvəlcə onun ayaqları tutulub. İki gündən sonra isə hərarəti yüksəldiyinə görə xəstəxanaya müraciət ediblər.

TƏBİB-dən verilən məlumata görə, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində Əhməd Əliyevə ilkin olaraq pnevmoniya diaqnozu qoyulub. Sonradan isə başqa diaqnozlar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Избранный
37
4
qafqazinfo.az

5Источники