İsveç Ukraynaya 13,5 milyard kron (təxminən 1,3 milyard ABŞ dolları) məbləğində rekord hərbi yardım paketi göndərir. Yardım paketinə döyüş katerləri, hava hücumundan müdafiə sistemləri və artilleriya daxildir. Müdafiə naziri Pol Yonsonun sözlərinə görə, cəbhədə vəziyyət ağır olaraq qalır: “İsveç Ukraynaya dəstək vermək üçün daha çox yardım göndərməyə hazırdır”. Bu, İsveçin Ukraynaya ayırdığı 18-ci yardım paketidir.
Mətləb