RU

İrəvanın mərkəzində oxunan “Qarabağ” mahnısının videosu yenidir?

İnternetdə bir qrup azərbaycanlının (ehtimal ki, İran vətəndaşı) İrəvanın Respublika meydanında “Qarabağ” mahnısını azərbaycanca oxumasını əks etdirən videonun erməniləri şoka saldığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti videonun köhnə olduğunu iddia edib. Amma politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində bildirib ki, video yenidir.

“Əvvəla, materialın köhnə və ya təzə olması bir o qədər də önəmli deyil, fakt odur ki, material yenidir və bunun sübutu Respublika meydanının bəzəyidir... Konkret olaraq isə meydanda yerləşdirilmiş ulduzlardır. Hökumət binasının keçən il sökülən saat qülləsi dekorasiyalar arasında olmayıb və bu il quraşdırılıb... Yəni video yenidir”, - politoloq bildirib.

Hambaryan Azərbaycan kəşfiyyatının İrəvanda işlədiyinə də əmin olduğunu deyib:

Избранный
10
9
publika.az

4Источники