Xaçmazda 56 yaşlı kişi yanaraq ölüb.aia.az xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində baş verib.Belə ki, 1969-cu il təvəllüdlü Əziz Vəlixanov uzanarkən çəkdiyi siqaretin kötüyünün yerə düşməsi yanğına səbəb olub.O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırılma aparılır.aia.az