RU

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək

29 yanvar 2025-ci ildə Ankara şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmilərinin üçtərəfli görüşü çərçivəsində imzalanan Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib.

Modern.az-ın məlumatına görə, bunu MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

O qeyd edib ki,  Ankara Bəyannaməsi Türk dünyasının iqtisadi gücünü artıracaq və Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə ciddi töhfə verəcəkdir. 

"Nəticədə:

1. Orta dəhliz və Türk dünyasının qapısı olan Zəngəzur dəhlizi vasitəsilə ticarət və yükdaşımalar daha effektiv olacaq.

2. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması ticarət əlaqələrini asanlaşdıracaq.

3. TDT arasında rəqəmsal, enerji,  infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşu inteqrasiyanı daha da sürətləndirəcək, ticarət dövriyyəsi artacaq.

4. Azərbaycanın azad edilmiş ərazilərinin inkişafı sütətlənəcək. Regionun bərpasına dəstək verilməsi iqtisadi canlanmaya və yeni iş imkanlarının yaradılmasına kömək edəcək.

Türk dünyasına xeyirli, bərəkətli olsun!"

1413683

Избранный
26
modern.az

1Источники