RU

Smitdən “Neftçi” ilə oyun öncəsi iddialı AÇIQLAMA

"Neftçi" ilə oyuna hazırlıq yüksək səviyyədə gedir”.

İdman.biz xəbər verir ki, bunu NTD klubunun basketbolçusu Qeylin Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan çempionatının XIII turunda “Neftçi” ilə oyun öncəsi fikirləri açıqlayıb. Smit bildirib ki, məşqlərdə bir-biriləri ilə “mübarizə” aparırlar: “Qələbəyə acıq və əhval-ruhiyyəmiz daha da rəqabətli olub. Həm liqada, həm də kubokda qələbə qazanmaq əla idi. Davamlı olacağını hiss edirik. Sadəcə, uzunmüddətli məqsədimizə diqqət etməliyik”.

O bildirib ki, əsas məqsəd çempionluqdur: “Yanvarda komandaya qoşulan təcrübəli basketbolçular sayəsində daha güclü olduq. Tez uyğunlaşdılar, amma hələ də ən yaxşı oyunumuzu göstərməmişik. Çempionatın bu mərhələsində oyundan-oyuna irəliləyirik. Lakin ilk gündən çempionluğa can atırıq. Liqanın startı çətin keçdi, amma əminəm ki, çempionatı yüksək notla bitirəcəyik. Məncə, keçən illə müqayisədə liqa daha rəqabətli olub. Komandalar da gücləniblər”.

Qeyd edək ki, NTD – “Neftçi” görüşü fevralın 1-də keçiriləcək.

İdman.biz

Избранный
10
idman.biz

1Источники