RU

iPhone satışları azalb

ABŞ şirkəti Apple birinci rübün maliyyə nəticələrini açıqlayıb.

Marja xəbər verir ki, Şirkət gəlir və gəlirlilik baxımından proqnozları aşsa da, iPhone satışlarında proqnozlardan geri qalıb. 

Apple rüblük mənfəəti hər səhmə görə 2,40 dollar, gəliri isə 124,3 milyard dollar təşkil edib. Analitiklər səhmbaşına 2,35 dollar mənfəət və 124,1 milyard dollar gəlir gözləyirdilər.

iPhone satışları azalıb

Apple-ın iPhone modeli 69,1 milyard dollar gəlir gətirib. Bu rəqəm proqnozdan (71 milyard dollar) və 2023-cü ilin eyni dövründəki 69,7 milyard dollar səviyyəsindən də bir qədər aşağıdır. Şirkətin xidmətlər bölməsi gözləntilərə uyğun olaraq 26,3 milyard dollar gəlir əldə edib. Çində satışlar 18,5 milyard dollar təşkil edib, bu analitiklərin 21,5 milyard dollarlıq proqnozundan aşağıdır 

Çin son iki il ərzində Apple üçün problemli bazar olaraq qalır. 2024-cü ildə Şirkətin Çində satışları 8 faiz azalaraq 66,9 milyard dollar olub. 2023-cü ildə 2 faiz azalma olmuşdu. “Apple” şirkəti bu azalmanı Çin yuanının dollar qarşısında zəifləməsi və “iPhone” və “iPad” smartfonlarının zəif satışları ilə əlaqələndirib.

Apple oktyabr ayında "Apple Intelligence" adlı süni intellekti işə salıb. Bununla belə, bu proqram yeniləmələrinin istehlakçıları iPhone 16 seriyasına keçməyə təşviq etməsində gözlənilən təsirə malik olmadığı ilə bağlı narahatlıqlar var. Şirkət il ərzində süni intellekt yeniləmələrini davam etdirərək istifadəçi təcrübəsini təkmilləşdirməyi planlaşdırır.

Избранный
18
marja.az

1Источники