RU

Sevgilisinin üzünə kislota tökən qadın məhkəmə zalında həbs olundu - 6 il azadlıqdan məhrum edildi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovunsədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla,o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və yasifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdəolan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxsHəcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclasıkeçirilib.

Trend-inməlumatına görə, ilk olaraq təqsirləndirilən şəxs HəcərHüseynovanın vəkili 126.2.3-cü maddənin 126.1-ci maddə maddəyətövsif edib ona şərti cəza verilməsini məhkəmədən xahiş etdi. Sonrahakim Həcər Hüseynovaya son söz verdi. Həcər Hüseynova zərərçəkmişşəxsdən bağışlanmasını istəyərək ona şərti cəza verilməsiniistədi.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı ValehƏləkbərov Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsiniistəmişdi.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hokməəsasən Həcər Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib vəonun cəzası 2024-cü ilin avqust ayından hesablanıb. Həmçininzərərçəkmişin mülki iddiası qismən tətbiq edilərək təqsirləndirilənşəxsə 3200 manat ziyan ödəmək barəsində qərar qəbul edilib.

Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaqdövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

Xatirladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Beləki, Həcər Hüseynova Olimpiya kompleksinin ətrafında avtomobildəAzər Ağayevin bədəninə yandıran maddə kislota tökərək onunbədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onunsağlamlığına ağır xəsarət yetirib. İttiham aktına görə, onlarsevgili münasibətində olublar. Azər Ağayev ilə Həcər Hüseynovundünyasını dəyişən əri Mehdi Hüseynov qohum olublar. Mehdi dəfələrləHəcərə bildirib ki, onun Azər ilə sevgi münasibəti var. İstintaqlasübut da olunub ki, həqiqətən Azər Həcər ilə onların evininhamamında cinsi əlaqədə olub.

Məqalədə:
Избранный
17
5
az.trend.az

10Источники