RU

Gənclərimiz qalib Azərbaycanın uğurları ilə qürur duyurlar- ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz  xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər.  Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda da fərqlənirlər". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində milli və beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, gənclərimizin ifaçılıq məharətinin bütün müsəlman ölkələrinin təmsilçiləri tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə davam etdirilən gənclər siyasətinin uğurudur. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün gənclərimiz qalib Azərbaycanın uğurları ilə qürur duyurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники