RU

“Oskar”a namizəd filmin aktrisasının İrandan çıxışı qadağan edildi


“Oskar” mükafatına namizəd “Müqəddəs Əncirin Toxumu” filminin aktrisası Soheyla Golestaninin İrandan çıxışına qadağa qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.
Məlumata görə, Golestani filmin rejissoru Məhəmməd Rəsulofla birlikdə Rotterdam Beynəlxalq Film Festivalının (IFFR) “Pələng” Müsabiqəsinin münsiflər heyətində iştirak etməli idi.
O, münsiflər heyətində həmçinin Yuki Aditya, Vinni Lau, Piter Striklend və Andrea Luka Zimmermanla birlikdə yer almalı idi.
Filmin rejissoru Məhəmməd Rəsulof isə qeyri-qanini yollarla İrandan qaçdığı üçün festivalda iştirak edəcək və fevralın 3-də “Kino və avtoritarizmin yüksəlişi” adlı paneldə çıxış edəcək.
Belə ki, rejissor keçən il ölkədən qaçıb. O, İran rəsmiləri tərəfindən axtarışdadır və bir sıra fiziki cəzalarla yanaşı, səkkiz il həbs cəzasına məhkum edilib.
Golestani isə “Müqəddəs Əncirin Toxumu” filmindəki roluna görə İran rejiminə qarşı təbliğat aparmaqda və əxlaqsızlığı təbliğ etməkdə ittiham olunur. Bu işlə bağlı məhkəmə keçirilsə də, hələ ki, hökm çıxarılmayıb.
Избранный
46
4
yeniavaz.com

8Источники