Bakı. Trend:
2026-cı ilə kimi özəl sektorun Azərbaycan ÜDM-dakı payının 88faizə çatdırılması planlaşdırılır.
Trend xəbər verir ki, bunuAzərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və SosialSiyasət şöbəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli ƏlaqələndirməŞurasının katibi Hüseyn Hüseynov Bakıda BMT və Azərbaycan arasındadayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqındaÇərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli stratejiprioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışındabildirib.
“2022-2026-cı illərə olan sosial strategiyada özəl sektorunÜDM-dəki payının 2026-cı ilə qədər 88 faizə qaldırılması,qeyri-neft ixracatının həcmini -1,8 dəfə artırılması, qeyri-neftÜDM 1,3 dəfə artırılması, ümumilikdə ÜDM 1,2 dəfə artırılması kimiməqsədlər təsbit olunub”, - deyə o bildirib.
H.Hüseynov bildirib ki, sosial siyasətin əsas istiqamətləriməşğulluq və muzdlu işçilərin sayında özəl sektorun payınınartımının stimullaşdırılması, qadınlar üçün iqtisadi imkanlaraəlçatanlığın yaxşılaşdırılması, qeyri-rəsmi məşğulluq səviyyəsininmüəyyən edilməsi, o cümlədən özəl sektorda şəhər və kəndlərdəkihəyat səviyyəsi arasındakı fərqin azaldılması kimi məsələlərdənibarətdir.