RU

Asim Mollazadə: Ermənistan sülh istəyir, amma ABŞ, Fransa və Belçikadakı erməni diasporu buna imkan vermir

Ermənistanın sülhə ehtiyacı var, amma ABŞ, Fransa və Belçikadakı erməni diasporu buna imkan vermir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq tədbirin "Fransanın 2020-ci ildən sonrakı siyasəti" mövzulu ikinci panel sessiyasında deyib.

Onun sözlərinə görə, ermənilər Nikol Paşinyandan sülh istəyirlər:

"Amma Fransa, ABŞ və Belçikadakı erməni diasporu bunu istəmir, əksinə, buna qarşı mübarizə aparır. Erməni diasporunun biznesinin əsasını nifrət təşkil edir. Onlar bu nifrətdən qazanc əldə edirlər".

Избранный
36
far.az

1Источники