RU

Ötən il 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib

Bakı. Trend:

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti (DVX) tərəfindən borclu vergi ödəyicilərinə hesablanmışvergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyəsanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktivməlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərinməlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmibildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajlarıngöndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsitəmin olunub.

Bu barədə Trend Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi borcunun dövlət büdcəsinə alınmasıməqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarınamüvafiq sərəncamlar göndərilib, 7.008 şəxsin ölkədən getməkhüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergiödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12min qərar qəbul edilib.

Bildirilib ki, bununla yanaşı, Azərbaycan Respublikasının“İnzibati icraat haqqında” Qanununun 82-ci maddəsinin müddəalarınaəsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlıtələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbuledilib, 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradanmateriallar aidiyyəti istintaq orqanına göndərilib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəliqiymətləndirilməsini təmin edən vasitələrdən biri də BeynəlxalqValyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı DiaqnostikQiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən,vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilininsonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergigəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, DövlətVergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsindəhəyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş”kimi qiymətləndirilib.

Избранный
25
23
az.trend.az

10Источники