Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiya çox böyük ehtimalla Əsədin ekstradisiyasının həyata keçirməyəcək:
“Bu, Rusiyanın nüfuzuna çox ciddi zərbə olar. Yəni, Rusiya Suriyadakı həkimiyyətin tələbi ilə özünün keçmiş müttəfiqi hesab edən Əsədi geri qaytararsa, bu, Rusiyanın imicinə ciddi zərbə olar. Rusiya Əsədə sığınacaq verib. Bu baxımdan düşünmürəm ki, Əsəd qaytarılacaq. Əgər Əsəd qaytarılmasa yəni bu, bir növ, ticarətə çevriləcək”.
K.Novruzov bildirib ki, əgər Rusiya bundan imtina edərsə, o zaman Suriya təbii ki, tək başına yox, özünün tərəfdarlarının köməyilə, o cümlədən Türkiyənın köməyilə Rusiyaya təzyiqi artıra bilər.Əsədin ekstradisiyasında israrlı ola bilər:
" Mən düşünmürəm ki, Suriyanın yeni hakimiyyəti öz başına olaraq ekstradisiya məsələsini gündəmə gətirib. Çox böyük ehtimalla burada da Türkiyənin əli var. İstisna etmirəm ki, nə qədər Türkiyə Suriyanın yeni hakimiyyətinə belə bir “ev tapşırığı” verib ki, sən Əsədi tələb etməklə, Rusiyadan nə isə al. Rusiya çalışacaq ki, Suriyanın yeni hakimiyyəti ilə münasibətləri qaydasına salsın, münasibətləri inkişaf etdirsin. Çünki Suriyada Rusiyanın mövcudluğu məhz bundan asılıdır. Yəni, Rusiya Türkiyənin regionda yaratdığı yeni reallıqları nəzəri almasa və rəsmi Dəməşqə qarşı sərt və radikal mövqe ortaya qoysa, onda ümumiyyətlə, Suriyadakı mövqeləri daha da zəifləməyə davam edəcək”.
Leyla Turan
Demokrat.az