RU

"Region gənclərinin fəallığı artıb və bu istiqamətdə daha çox layihələr həyata keçirilməlidir" - QHT sədri

"Yurd" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, gənclərin cəmiyyətimizdəki rolunun getdikcə artdığını qeyd edib. O, şəhər mühitindəki gənclərin fəallığının daha çox müşahidə olunduğunu, amma region gəncləri arasında da bu istiqamətdə bir çox layihələrin həyata keçirildiyini vurğulayıb.

Ramin Mahmudov xüsusilə dövlət qurumları tərəfindən elan olunan qrant müsabiqələrində regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının fəallığının artdığını bildirib. O, bu təşəbbüslərin region gənclərinin sosial, mədəni və intellektual inkişafına müsbət təsir etdiyini qeyd edib:

"Biz təşkilat olaraq həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm Gənclər və İdman Nazirliyinə, həm də Azərbaycan Gənclər Fonduna, eyni zamanda Elm və Təhsil Nazirliyinə birgə həyata keçirdiyimiz layihələrdə region gənclərinin intellektual bilik və bacarıqlarının artırılması istiqamətində xeyli layihələr icra etmişik. Burada həm Azərbaycan mədəniyyətinin onlar arasında təbliği, həm də Azərbaycan vətənpərvərlik mövzusunda zəfərimizin təbliği istiqamətində xeyli layihələr icra edirik. Bu baxımdan, xüsusilə dövlət qurumlarının da gəncləri fəallaşdırması üçün onların həm təhsillə bağlı xarici ölkələrdə təhsil almasına şərait yaradılması, eyni zamanda xarici ölkələrdə təcrübə keçməsinə dəstək verməsi, xarici ölkələrə səfərlərin təşkil olunması gənclərin fəallaşmasında müstəsna rol oynayır. Və heç də təsadüfi deyil ki, kifayət qədər bu sahədə bilikli, bacarıqlı, ictimai sahədə fəal olan gənclərin müxtəlif dövlət qurumlarında irəli çəkilməsinə və işlə təmin olunmasına demək olar ki, müstəsna rolu var. Bu da gənclərin cəmiyyətdə kifayət qədər fəal olmasını göstərir. Sadəcə, region gənclərinin də artıq bu sahədə daha da aktivləşməsi və şəhər mühitində olan gənclərlə ayaqlaşması üçün layihələrin daha çox hissəsinin regionlarda da həyata keçirilməsi məqsədə müvafiqdir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
27
50
qht.az

10Источники