RU

Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtlərində dəyişiklik edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin2023-cü il 18 oktyabr tarixli 49/2 nömrəli Qərarı ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalqtəşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvitəklifi və tədavülü Qaydası”nda dəyişiklikləredilib.

Trend xəbərverir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərarimzalayıb.

Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətlikağızlarının buraxılışında yalnız maksimum məbləğ əks olunacaq.Buna qədər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri,sayı və ümumi məbləğ də qeyd olunurdu.

Bununla yanaşı, beynəlxalq təşkilatın qiymətli kağızlarının gerisatın alınma qiyməti və ya belə qiymət həmin qiymətli kağızınyerləşdirilməsi zamanı satış qiymətinə bərabər olmadıqda, onunmüəyyən edilməsi qaydası müəyyənləşdirilib.

Buraxılış şərtlərində göstərilən say məhdudiyyəti aradanqaldırılıb.

Избранный
46
5
az.trend.az

8Источники