Türkiyə tərəfindən İraq və Suriyada müəyyən bölgələrdə hava əməliyyatları həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barəfə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Açıqlamada 13 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub:
“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində müəyyən etdiyi 6 PKK terrorçusunu, Suriyanın şimalında isə “Sülh çeşməsi” və “Fərat Qalxanı” bölgələrində müəyyən etdiyi 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçular harada olurlarsa olsunlar, onları gözləyən sondan qaça bilməyəcəklər”.