Xocalı, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Mən Xocalını görməsəm də, valideynlərim bu yerlər haqqında çox danışıblar. Odur ki, hər zaman Qarabağa, ata yurdum Xocalıya gəlməyi arzulamışam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalının Ballıca kəndinə köç edən məktəbli Elman Həsənli deyib.
“Bu gün ailəmlə birgə Xocalıya köçmüşük. Sevinirəm ki, burada yaşayacam, burada məktəbə gedəcəyəm”, - deyə o bildirib.