Yazını böyüt
Yazını kiçilt
“İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişikliklərdə bu sahədə inzibatçılığın sadələşdirilməsinə, müvafiq məlumatları könüllü təqdimetmə mexanizminin bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilməsinə xidmət edir. Bununla həm də rəqabət mühiti yaxşılaşdıılır”.
Bu fikirləri Hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib. Onun sözlərinə görə, bu həm də daxili bazar stimullaşacaq: “Məhdudiyyətlər banklar üçün də problemlər yaradır və kreditlərin verilməsi prosesi çətinləşir. Bir sözlə, qanunvericiliyin yumşaldılması istehlak kreditlərinin verilməsi üzrə imkanları genişləndirəcək”.