Dünya futbolunun əfsanəsi Kristiano Ronaldo bu həftə sonu Ər-Riyadda "UFC Fight Night 250" turnirinə qatılacaq.

Offsideplus.az xəbər verir ki, məşhur döyüşçü Şara Bullet "Əl Nəsr"in məşqində olub və portuqaliyalı ulduzla görüşüb. Bullet sosial şəbəkə hesablarında futbolçu ilə görüşündən danışıb. O, bunları deyib:

"Bu gün əfsanəvi Kristiano Ronaldo ilə tanış oldum. Mənə imzalı formasını verdi. Mən onun danışdığıma görə və ondan belə bir hədiyyə aldığıma görə çox xoşbəxtəm. O dedi ki, fevralın 1-də döyüşümə gələcək. Mənim çempion olacağıma da, inandığını dedi.”