Bakı. Trend:
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ermənijurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualınaemosional reaksiya verib.
Trend rus KİV-lərinəistinadən xəbər verir ki, erməni jurnalistin sualını cavablandıranrusiyalı diplomat deyib: “Siz doğrudanmı başa düşmürsünüz ki, bizimikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinindilindən necə gülməli səslənir?”
Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycanmünasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı iləİrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmamasıkontekstində “absurd” səslənir.
XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycanmünasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlətarasında həll olunur və onları üçüncü tərəfin maraqları iləəlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan medianümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinəməhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri iləbağlı suallar verməsindən təəccübləndiyini bildirib.