RU

Norveç Baltik kabelini zədələdiyi iddiası ilə Rusiya ekipajı olan gəmini saxlayıb

Tamamilə Rusiya vətəndaşlarından ibarət ekipajı olan Norveçin “Silver Dania” gəmisi Baltik dənizində kabelə ziyan vurmaqda şübhəli bilinərək Latviyanın tələbi ilə Norveç Sahil Mühafizəsi tərəfindən saxlanılıb. Bu barədə krallığın polisinin mətbuat xidməti məlumat yayıb.

“Latviya hakimiyyətinin qanuni sorğusu əsasında Tromso Dairəsi Polis İdarəsi Norveçdə qeydiyyatdan keçmiş “Silver Dania” gəmisini saxlayıb. Gəmi Sankt-Peterburq və Murmansk arasında işləyir. Gəmidə olan bütün heyət ruslardır. Gəminin Baltik dənizində Latviya və İsveç arasında fiber-optik kabelə ciddi ziyan vurması ilə bağlı şübhələr var”, - məlumatda deyilir.

Hazırda Norveç polisi rusiyalı ekipajı dindirir. “Dünən gecə polisin keçirdiyi əməliyyat zamanı gəmi “KV Bison” sahil mühafizə gəmisinin köməyi ilə saxlanılıb. Bu gün gəmi Tromsodakı Breyvik limanına çatdırılıb. Hazırda polis axtarışlar, dindirmələr və sübutları təmin etmək üçün gəminin göyərtəsindədir. Ekipaj və gəmiçilik şirkəti könüllülük əsasında Norveç hakimiyyət orqanları ilə əməkdaşlıq edir”, - departamentin açıqlamasında deyilir.

Əziz Mustafa, Oxuməni.az

Избранный
29
1
oxumeni.az

2Источники