RU

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Təbriz Xəlilbəylinin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 1964-cü il fevralın 12-də Bakı şəhərində, xalq şairi Xəlil Rza Uluturkün ailəsində anadan olub. Qarabağda erməni silahlılarının törətdiyi cinayətləri görən Təbriz Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə şücaət göstərib və DİN-nin "Bozqurd" mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Избранный
52
1
qht.az

7Источники