RU

TƏCİLİ! Fermerlər və sahibkarlar üçün ŞAD XƏBƏR

Azərbaycan Respublikası dövlət büdcəsinin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnozlarına görə, aqrar sektorda 2022-ci ildə artım göstərici 4%, 2023-cü ildə – 3,8%, 2024-cü ildə – 3,9%, 2025-ci ildə isə 4,1% təşkil edəcəyi güman edilirdi. Büdcə sənədinə əsasən, 2025-ci ildə dövlət büdcəsindən ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 527,5 milyon manat vəsait (2024-cü illə müqayisədə 24,6 milyon manat və ya 4,9 faiz çox) proqnozlaşdırılıb.


Bəs bu illər ərzində bu proqnozlar özünü nə dərəcədə doğrulda bildi?  2025-ci ildə fermerlər üçün hansı fürsətlər nəzərdə tutulur? Ümumiyyətlə Azərbaycanda aqrar sahədə əsas gözləntilər və dəyişikliklər nədən ibarətdir? 


Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov  Referans.az" target="_blank" style="background-color: rgb(255, 255, 255);">Referans.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadiyyatın aqrar sektoru dövlət qayğısı ilə əhatə olunub. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar torpaq vergisindən başqa bütün vergilərdən azad edilib.  O cümlədən fermerlərin fəaliyyəti də vergilərə cəlb olunmur. Bununla yanaşı əkilən torpaq sahələrinin hər hektarına və becərilən məhsulun növünə görə subsidiyalar verilir. Həmin subsidiyalar müasir sort bitki toxumların və cins malqaranın alınması üçün də tətbiq edilir.




Deputat onu da bildirib ki, kənd təsərrüfatı təyinatlı texnikaların 40% dövlət büdcəsi hesabına ödənilərək uzunmüddətli kredilə satışı həyata keçirilir. Dövlətin verdiyi subsidiyalar fermerlərin istehsal xərclərini kifayət qədər aşağı salır və fəaliyyətlərdən gəlirlərin əldə edilməsinə imkan verir. Təbii ki, dövlətin stimulaşdırma tədbirləri aqrar sahənin inkişafına və nəzərdə tutulmuş proqnoz və hədəflərə nail olmağımıza yol açır. Amma bununla yanaşı ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar dövlətimizi də qabaqlayıcı tədbirlərin görülməsinə məcbur edir. Çünki, ərzaq təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təmin olunması ilə bərabər hesab olunur.


"Ona görə də Dövlət Ehtiyatları Agentliyi yaradılıb və müxtəlif ərzaq fondları formalaşdırılıb. Dövlət büdcəsində də bu məqsədlər üçün maliyyə vəsaiti nəzərdə tutulub və cari ildə bu vəsaitin 24,6 milyon artırılması ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinə hesablanıb.  Bəli, daxili ərzaq bazarımızın xarici təsirlərdən qorunması üçün belə fondların yaradılması və büdcə vəsaitlərin artrırıılması vacib və əhəmiyyətlidir", -  deyə millət vəkili əlavə edib.


Bünyamin Bünyadzadə

Referans.az" target="_blank" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; background-color: transparent; color: rgb(60, 141, 188); text-decoration: none;">Referans.az

Referans.az

Избранный
22
referans.az

1Источники