RU

“Zəfər-2024” Beynəlxalq İdman Mükafatının laureatları məlum olub - SİYAHI

Bakıdakı “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında “Sportsman” jurnalının  xüsusi mükafatının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, “Zəfər-2024” Beynəlxalq İdman Mükafatı ardıcıl 17 ildir təqdim edilir.

Mərasimdə 2024-cü ildə yüksək nəticələr qazanmış idmançılar, məşqçilər, hakimlər, idman mütəxəssisləri, Azərbaycan idmanının inkişafına, təbliğinə dəstəyini əsirgəməyən şəxslər “Zəfər” Mükafatına sahib olublar.

Mərasimin daimi aparıcısı olan telejurnalist Sənan Şəfizadənin giriş sözündən sonra “İdman TV”nin xüsusi hazırladığı “2024-cü ilin idman uğurları” telejurnalı ötən ilin idmançılarımız üçün uğurlu olduğunu nümayiş etdirib.

Qonaqları salamlayan “Sportsman” jurnalının baş redaktoru, Əməkdar jurnalist Rəşad Qəmərşahoğlu qalibləri təbrik edərək – “Bizə qələbə yaraşır!” şüarı ilə bütün idmançılara 2025-ci ildə möhtəşəm qələbələr arzulayıb.

Təqdimetmə mərasimi furşet, estrada ulduzlarının çıxışları, rəngarəng rəqslər, uduşlu lotereya oyunları, yeni Hyundai “Qustin” avtomobilinin nümayişi ilə davam edib.

“Zəfər 2024” Beynəlxalq İdman Mükafatı aşağıdakı şəxslərə verilib:
 

     İLİN İDMANÇILARI – HİDAYƏT HEYDƏROV, ZELİM KOTSOYEV

     İLİN ƏZMKAR İDMANÇISI – QAŞIM MAQOMEDOV

     İLİN İDMAN REKORDU – ELDƏNİZ ƏZİZLİ, LAMİYƏ VƏLİYEVA

     İLİN MƏŞQÇİSİ – NƏRİMAN ABDULLAYEV

     İDMANIMIZIN GƏLƏCƏYİ – QÜDRƏT QARAYEV

     İLİN İDMAN HAKİMİ – AYDIN AĞABƏYOV

     İLİN İDMAN BUTİKİ – TİMSPORT

     İLİN FUTBOL QOLU – TORAL BAYRAMOV

     İLİN FİTNESS KLUBU – THE GYM

     İLİN İDMAN APARICISI – ARİFƏ LƏTİFOVA (CBC SPORT)

     İLİN İDMAN APARICISI – MURAT EKREM ÇİMEN (TRT SPOR)

     İLİN İDMAN VERİLİŞİ – 30 DƏQİQƏ (İDMAN TV)

     İLİN İDMAN PORTALI – REPORT.AZ

     İLİN İDMAN HƏKİMİ – FİDAN MƏMMƏDOVA (SOLİDMED)

     İLİN İDMAN FOTOQRAFI – MİRAĞA ƏLİYEV

     OLİMPİYAÇILARIMIZA HƏSR OLUNAN FİLMLƏRİN ÇƏKİLİŞİNƏ GÖRƏ – ARZU    

    QULAMOV

AZƏRBAYCAN İDMANININ TƏBLİĞİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ – SPACE TV   

AZƏRBAYCAN İDMANININ İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – GEORGE GANCHEV

Избранный
13
modern.az

1Источники