RU

Ayla Şiriyeva qəzaya düşdü - Yenilənib

Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) avtomobil qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Primetime” səhifəsi məlumat yayıb.

Müğənninin Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğradığı bildirilir.

Sumqayıt Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən ifaçı bu gün özəl xəstəxanaların birinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, A.Şiriyeva 2018-ci ildə Türkiyənin məşhur “O səs” yarışmasında iştirak edib.

***

Müğənninin prodüseri Oxu.Az-a açıqlamasında bildirib ki, onun səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib: “Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı “KIA Sportage”i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.



Избранный
51
9
qafqazinfo.az

10Источники