RU

Basketbol: Yığmamızın Avropa kubokundakı rəqibləri bəlli oldu

3×3 basketbol üzrə Azərbaycan milli komandasının Avropa kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, kişilərdən ibarət yığmamız İrlandiya, Kosovo, Kipr, Albaniya və Malta ilə gücünü yoxlayacaq.

Qadınlardan ibarət milli komandamızın rəqibləri isə İrlandiya, Kosovo, Kipr və Malta yığmaları olacaq.

Hər 2 yarışda təsnifat mərhələsinin qalibi Avropa kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Avropa kubokunun təsnifat mərhələsinin oyunları Kosovonun paytaxtı Priştinada keçiriləcək. Təsnifat mərhələsinin matçları iyunun 7-8-də olacaq.

Избранный
32
2
arena.az

10Источники