Bakı. Trend:
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraqölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastikcərrahların peşə fəaliyyətinin qanuni əsaslarınınmüəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə SəhiyyəNazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elmvə Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət XüsusiTəftiş Komissiyası yaradılıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, komissiya tərəfindənölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastikcərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edənsənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (bazaali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əməkkitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədəşəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinəşəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsimüəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfəelanlar verilib.
Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssistərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. XüsusiTəftiş Komissiyası daxil olan sənədləri onları təqdim edənşəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələrbarədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyənmütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmabarədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuşhesab edilir.