Türkiyə ordusu İraqda PKK-ya aid silah-sursatı ələ keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Pəncə-Kilit Hərəkatı bölgəsində apardığı axtarışla terrorçulara məxsus çoxlu sayda silah, sursat və digər zəruri ehtiyatları aşkarlayıblar: “10 ədəd AK-47 piyada tüfəngi, 2 ədəd M-16 piyada tüfəngi, 7,62 mm-lik PKMS pulemyotu, 7 ədəd AT-4 tank əleyhinə silah, RPG-7 reaktiv yaylım atəşi, 60 ədəd kaset bombası, 3 ədəd RPG-7 tank əleyhinə sursat, 30 ədəd bağlar qumbaraatan, 14,5 mm 286 Doçka döyüş sursatı, 5 min ədəd 7,62 mm-lik döyüş sursatı, 10 min ədəd 5,56 mm-lik döyüş sursatı, 15 gelikan 12,7 mm Doçka döyüş sursatı, 6 ədəd RPG-7 piyada əleyhinə sursat, RPG-7 reaktiv yaylım atəşinin başlıqları, 40 RPG-7 reaktiv yaylım atəşi qurğusu və şoxsaylı slahlara aid patronlar götürülüb..."
Firudin Səfərli
MİA.AZ