RU

SOCAR Aralıq dənizində ən böyük qaz ehtiyatlarından birinə malik olan yataqdan 10% effektiv səhm payı aldı

Bu gün SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından birinə malik olan Tamar yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün "Union Energy" şirkəti ilə müqavilə imzalayıb.

FED.az xəbər verir k, İsrail sahillərində yerləşən Tamar yatağı regionun əsas təbii qaz tədarükçüsü olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.

Bu, SOCAR-ın Aralıq dənizindəki layihələrə ilk böyük investisiyasıdır.

SOCAR enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcəyini də vurğulayır. (Apa)

Избранный
29
5
fed.az

5Источники