RU

İlkin səhiyyə xidməti kadrları ilə bağlı hansı problemlər var...(?)

Image

Adil Qeybulla: “İlkin səhiyyə xidməti sahəsindəv kadr probleminin yaşanmasının səbəbi əmək haqqının az olması ilə bağlıdır”

Azərbaycanda ilkin səhiyyə xidmətində kadrların sayında və keyfiyyətində problemlər var. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə çıxışı zamanı dilə gətirib. 

O bildirib ki, ilkin səhiyyə xidmətində kadr ehtiyatı sahəsində 40 faiz say çatışmazlığı var: “Bölgələrdə bu göstərici 45-50 faizə qalxır. Bizim ailə həkimimiz yoxdur. Bu sahədə xidmət göstərmək istəyənlərə müəyyən təlimlər keçirilməlidir”.

Görəsən, ilkin səhiyyə xidməti ilə bağlı kadr problemi   niyə çatışmır və bu problem ümumiyyətlə nə deməkdir?

“Ailə həkimləri daha praktikdir və onlar sahəsində olduğu insanların xəstəlik tarixçəsini dəqiq bildiyindən vaxtında adekvat tibbi xidmət almalarına daha çox yararlı olurlar”

Professor, tibbi ekspert Adil Qeybulla "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan səhiyyəsi qərb standartları səviyyəsində qurulmalıdır. Bununla bağlı müəyyən işlər görülür: "Ailə institutu müasir təbabətin mühüm hissəsi sayılır. Bütün Qərb təbabəti dedikdə, biz onu ailə institutu olmadan təsəvvür edə bilmərik. Azərbaycanda da məhz SSRİ dağıldıqdan, sonra müəyyən islahatlar aparılır. İcbari Tibbi Sığortanın tətbiqi buna sübutdur. Ailə həkimi institutun da artıq yavaş-yavaş əsası qoyulur.Ailə həkimi ailədəki irsi xəstəlikləri, hər bir ailə üzvünün xəstəlik tarixçəsini bilir. Bu da diaqnostika imkanlarını artır. Ailə həkimləri xəstəyə diaqnozu vaxtında qoyub onu lazımi statuslu həkimin yanına göndərmək imkanı yaradır. Bu zaman ailə həkimi böyrəyi ağrıyanı nefroloqun, ürəyi ağrıyanı kardioloqun yanına göndərir. Yəni xəstənin ağrıyan bir yerindən ötəri diaqnozunun dəqiq qoyulması üçün vaxt itirərək bir neçə həkimin yanına getməsinə ehtiyac qalmır. Azərbaycan Tibb Universitetində bu istiqamətdə kadrlar hazırlanır. Həmin kadrlar gələcəkdə ailə həkimi institutunu yaradacaqlar. Sovet dövründə bunun analoqu sahə həkimləri idi. İndi sahə həkimləri özünü müasir təbabətdə doğrultmur. Ailə həkimləri daha praktikdir və onlar sahəsində olduğu insanların xəstəlik tarixçəsini dəqiq bildiyindən vaxtında adekvat tibbi xidmət almalarına daha çox yararlı olurlar. Ona görə də bu yaxın dövrün perspektividir. Bu istiqamətdə nəzəri işlər görülür, kadrlar hazırlanır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ilkin səhiyyə xidməti təxirə salınmaz yardım deməkdir. Bu sahəyə marağın az olmasının səbəbi əmək haqqının az olması ilə bağlıdır.

Günel CƏLİLOVA





Избранный
19
baki-xeber.com

1Источники