RU

Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib

Brüssel, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi səfir Boris Rüge ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın NATO ilə 2024-cü il üzrə Sülh Naminə Tərəfdaşlıq çərçivəsində tərəfdaşlığının yekun nəticələri ilə bağlı müzakirə aparılıb. Qarşı tərəf Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə təsadüf edən 2024-cü il üzrə həyata keçirilmiş əməkdaşlığın səviyyəsi, o cümlədən Azərbaycanla NATO arasında yüksəksəviyyəli səfərlər və Azərbaycanda təşkil edilmiş bir sıra tədbirlərlə bağlı öz məmnunluğunu ifadə edib.

Eyni zamanda, keçirilmiş görüşdə 2025-ci il üçün NATO ilə Azərbaycan arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Избранный
32
1
azertag.az

2Источники